30.06.2025, 10:31
137 baxış
Lamiyə
Lavrovdan Serbiyadakı iğtişaşlara reaksiya
“Rusiya ümid edir ki, Serbiyadakı etirazlar bu dövlətin konstitusiyası və qanunları əsasında sakitləşəcək”.
Medianews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.
Nazir həmçinin Qərb ölkələrinin etirazlarda iştirak etməyəcəyinə ümid etdiyini bildirib. Lavrov hesab edir ki, bəzi Avropa ölkələri “adətən həmişə” başqa ölkələrdə baş verən daxili hadisələrdən “öz maraqlarını digər tərəfdaşların maraqlarına zərər vurmaq üçün” istifadə etməyə çalışırlar.
"Ümid edirik ki, onlar bu dəfə öz rəngli inqilabları ilə məşğul olmayacaqlar", - deyə o bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Serbiya rəhbərliyinin dialoqa hazır olmasına da diqqət çəkib. “Dialoq istənilən problemi həll etməyin yoludur”, - deyə nazir yekunlaşdırıb.
Medianews.az
Paylaş: