28.06.2025, 12:13
105 baxış
Lamiyə
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru o oldu
Ermənistan Milli Təhlükəsizlik Xidmətinə yeni direktor təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan Sərəncam imzalayıb.
Sərəncama əsasən, həmin vəzifəyə Andranik Simonyan təyin olunub.
Paşinyanın digər Sərəncamı ilə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan vəzifəsindən azad edilib.
Qeyd edək ki, A.Simonyan Milli Təhlükəsizlik Xidmətinin rəis müavini vəzifəsini icra edirdi.