Medianews.az
Gəlinlə qayınanası bıçaqlandı - <span style=color:red>Qayınata saxlanıldı
145 baxış

Gəlinlə qayınanası bıçaqlandı - Qayınata saxlanıldı

Sabirabadda iki qadın bıçaqlanıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Beşdəli kəndində qeydə alınıb. 1964-cü il təvəllüdlü Aidə Məhəmməd qızı Hüseynova və gəlini 1983-cü il təvəllüdlü Lətafət Muxtar qızı Hüseynova kəsilmiş-deşilmiş xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların A.Hüseynovanın həyat yoldaşı, Lətafətin isə qayınatası olan 1957-ci il təvəllüdlü R.Hüseynov tərəfindən bıçaqlandığı bildirilib. DİN-in Mətbuat xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.

Bizə qoşulun