Medianews.az
Nüvə obyektlərinə dəymiş zərər haqda <span style=color:red>fərqli qiymətləndirmələr
184 baxış

Nüvə obyektlərinə dəymiş zərər haqda fərqli qiymətləndirmələr

ABŞ-ın İranın nüvə obyektələrinə hücumundan üç gün keçməsinə baxmayaraq, dəymiş ziyanın əsl miqyası hələ də qeyri-müəyyəndir. Medianews.az-ın məlumatına görə, İsrail ordusu bildirib ki, onlar İran İslam Respublikasının nüvə proqramının illərlə geri atıldığını güman edirlər. Lakin hərbi sözçü eyni zamanda etiraf edib ki, nəticələri dəqiq qiymətləndirmək üçün hələ tezdir. Bundan əvvəl “New York Times” qəzeti və CNN telekanalı kəşfiyyat mənbələrinə istinad edərək xəbər vermişdi ki, ABŞ-ın hava hücumları nüvə proqramını tamamilə məhv etməyib, yalnız bir neçə aylıq geriyə atıb. ABŞ prezidenti Donald Tramp və sözçüsü Leavitt bu iddiaları qəti şəkildə rədd ediblər. Tramp bildirib ki, nüvə obyektələri tamamilə məhv edilib. Həmçinin aydın deyil ki, İran hücumdan əvvəl yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını təhlükəsiz yerə köçürə bilibmi – və əgər köçürə bilibsə, harada saxlayır. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi Tehranı bu barədə məlumat verməyə çağırıb. Terrandan gələn xəbərlərə görə, parlament yuxarıda adı çəkilən təşkilatla İranım əlaqələrinə son qoyulmasına səs verib. Medianews.az

Bizə qoşulun