24.06.2025, 09:04
142 baxış
Lamiyə
Dəhşət: Maşın tramvay yoluna ÇIXDI
Türkiyədə sərxoş olduğu müəyyən edilən avtomobil tramvay yoluna çıxaraq elektrik dirəyinə çırpılıb.
Medianews.az xəbər verir ki, hadisə Kocaeli İzmitdə, gecə saatlarında baş verib.
Qəza nəticəsində iki nəfər xəsarət alıb.
Qəza zamanı sürücü və avtomobildə olan şəxs xəsarət alıb. Yaxınlıqdakı vətəndaşların xəbəri üzərinə əraziyə yanğınsöndürmə, sağlamlıq və polis qrupları sövq edilib. Sağlamlıq qrupları tərəfindən hadisə yerində ilk tibbi yardım alan yaralılar təcili yardımla xəstəxanaya aparılıb.
Avtomobil evakuatorun köməyi ilə yoldan çıxarıldıqdan sonra bir saata yaxın bir istiqamətdə dayandırılan tramvay xidmətləri normal vəziyyətə düşüb. Xəsarətlərin həyati təhlükəsinin olmadığı qəza ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az