Medianews.az
Pəhləvilər hakimiyyətə qayıda bilərmi? - <span style=color:red>Güney Azərbaycanın qərarı...
209 baxış

Pəhləvilər hakimiyyətə qayıda bilərmi? - Güney Azərbaycanın qərarı...

Hazırda dünyanın gündəmində duran əsas mövzulardan biri İsrail-İran müharibəsinin nə ilə bitəcəyi məsələsidir. Savaşın davam etdiyi dövrdə 1979-cu ildə islam inqilabı nəticəsində devrilmiş İran şahı Məhəmmədrza Pəhləvinin mühacirətdə (ABŞ-da) yaşayan oğlu Rza Pəhləvinin fəallaşdığı aşkar duyulur. Dünya mediasında o, daha çox “şahzadə” kimi təqdim edilir. Doğrudanmı süquta uğramış Pəhləvilər sülaləsinin yenidən dirçəlmək, İranda hakimiyyətə qayıtmaq şansı var? Mövzu ilə bağlı Medianews.az -a danışam politoloq Xaqani Cəfərli bildirib ki, İsrailin İrana hərbi müdaxiləsi teokratik rejimin devrilə biləcəyi ilə bağlı ehtimalları gücləndirib: "Çünki ölkə əhalinin böyük hissəsinin teokratik rejimdən yorulduğu İsrailin müdaxiləsindən əvvəl məlum idi. Sadəcə rejimin cəza aparatı bütün dəyişiklik istəklərini boğmaq gücündə idi. İndi isə rejimin cəza aparatı böyük itkilərə məruz qalır. Bu isə münaqişədən sonra İranda rejim dəyişikliyi ilə bağlı müzakirələri qızışdırıb. Devrilmiş İran şahının oğlu Rza Pəhləvinin yenidən iqtidarı ələ keçirə biləcəyi ehtimalı sıfıra yaxındır. Bu adamın media tərəfindən adının önünə yazılmış “şahzadə” ifadəsindən başqa heç nəyi yoxdur. İslam inqilabından sonra formalaşmış hərbi-siyasi bürokratiyanın saxta şahzadəyə tərəf olması mümkün deyil. İkincisi, xalq arasında da Pəhləvilərə ciddi rəğbət yoxdur. Marginal qüvvələr istisna olmaqla Pəhləvinin tərəfdarı yoxdur. Əksinə, İran cəmiyyətinin çox böyük hissəsi insan hüquqlarına, azadlıqlara tərəfdardır. Üstəlik, İran toplumunun böyük əksəriyyətini təşkil edən azərbaycanlılar, kürdlər, bəluclar və ərəblər öz müqəddəratını təyin etmə uğrunda mübarizə aparırlar. Belə bir vəziyyətdə saxta şahzadənin hakimiyyəti gəlməsi qeyri-mümkündür. İranın taleyini Güney Azərbaycanın qərarı həll edəcək". Nailə Qasımova, Medianews.az

Bizə qoşulun