19.06.2025, 08:20
207 baxış
Lamiyə
Dəhşət: Plov yeyən körpə komaya DÜŞDÜ
Rusiyanın Moskva vilayətinin Klin şəhərində bədbəxt hadisə baş verib.
Medianews.az xəbər verir ki, on aylıq körpə atasının ona plov verdikdən sonra komaya düşüb.
Evdə körpəyə baxan zaman ata plov bişirib və oğluna da vermək qərarıba gəlib. Az sonra uşaqda qıcolmalar başlayıb və komaya düşüb. Həkimlər körpənin vəziyyətini stabilləşdirərək onu özünə qaytara biliblər. Lakin qida hissəciklərinin ağciyərlərə daxil olması nəticəsində uşaqda pnevmoniya yaranıb.
Ehtimal olunur ki, hadisəyə səbəb ədviyyatlara kəskin allergik reaksiya ola bilər.
Medianews.az
Paylaş: