Medianews.az
Qarşıdakı saatlarda bütün dünyanın taleyi həll oluna bilər – <span style=color:red>Politoloq
665 baxış

Qarşıdakı saatlarda bütün dünyanın taleyi həll oluna bilər – Politoloq

Çin və Pakistan İrana hərbi yardım göstərməyə başlayıb. Britaniyanın “The Telegraph” nəşrinin yaydığı məlumata görə, İsrailin İrana hücumundan sonra Çindən havaya qalxan üç Boeing 747 yük təyyarəsi Qazaxıstan, Özbəkistan və Türkmənistandan keçərək İranın hava məkanına daxil olub. Aviasiya ekspertləri qeyd edirlər ki, bu təyyarələr raketlərin, hava hücumundan müdafiə sistemlərinin, dronların və döyüş sursatlarının daşınması üçün istifadə edilir. Rusiya xüsusi xidmət orqanlarına yaxınlığı ilə tanınan hərbi ekspertlər də Çinin gizli şəkildə İrana yardım etdiyindən bəhs edirlər. Vesti.kg internet resursu isə iyunun 15-i səhər saatlarında İran və Pakistan sərhədində nəqliyyat aktivliyi qeydə alındığı haqqında məlumat yayıb. Vesti.kg-nin məlumatına görə, bəzi hərbi texnika, o cümlədən raketlərin olduğu böyük konteynerlər Pakistanın Bəlucistan əyalətindən keçməklə İran sərhədinə doğru istiqamətlənib. “The Telegraph” nəşrinin mötəbərliyi məlumatın səhihliyini şübhə altına almağa imkan vermir. Üstəlik, “The Telegraph”ın belə bir həssas məlumatı açıqlaması çox düşündürücüdür. Bu məlumatların yayılması fonunda ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətin gətirməsi, bölgəyə əlavə hərbi qüvvələr göndərməsi və ən nəhayət, qarşıdakı 24-48 saat ərzində Amerika ordusunun hərbi əməliyyatlara daxil ola biləcəyi haqqında xəbərlər münaqişənin miqyasının böyümə və hətta genişlənmə ehtimalının kəskin artdığını göstərir. Belə görünür ki, qarşıdakı 24-48 saat yalnız İranın deyil, bütövlükdə dünyanın gələcəyini müəyyən edəcək zaman kəsimi ola bilər. Xaqani Cəfərli, politoloq

Bizə qoşulun