17.06.2025, 16:19
143 baxış
Nailə
Britaniyadan Rusiyaya qarşı yeni sanksiyalar: 2300-dən çox...
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirəcək.
Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin rəsmi saytında məlumat yayılıb.
“Anti-Rusiya sanksiyaları çərçivəsində 10 yeni mövqe və 20 yeni gəmi təyinatı əlavə edilib”, - sənəddə deyilir.
Həmçinin qeyd olunur ki, Britaniya Rusiya Müdafiə Nazirliyinin Dərin Dəniz Tədqiqatları Baş İdarəsinə qarşı sanksiyalar tətbiq edib.
Məlumata görə, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Britaniya Rusiyanın 2300-dən çox fiziki, hüquqi şəxsinə və gəmisinə qarşı sanksiya tətbiq edib.