Medianews.az
"İran meydanda tək qalıb" - <span style=color:red>AÇIQLAMA
215 baxış

"İran meydanda tək qalıb" - AÇIQLAMA

“ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında ötən həftə baş tutan telefon danışığında əsas müzakirə predmeti İran olub. Məhz o vaxt verilən açıqlamada İran məsələsinin daha çox müzakirə edildiyi, problemin həlli üçün Rusiyanın vasitəçiliyinin də irəli sürüldüyü qeyd olunurdu”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib. M.Əsədullazadə bildirib: “Görünür, Tramp İrana zərbələr endiriləcəyini Putinin diqqətinə çatdırıbmış. Rusiyanın Ukraynaya kütləvi raket zərbələri endirməsinə Trampın səssiz qalması ortada razılaşmanın olduğunu göstərir. ABŞ və Rusiya prezidentləri arasında tərəflərin bir-birinə güzəştə getməsi sövdələşməsinin detalları yəqin ki, yaxın zamanda aydın olacaq. İlkin əlamətlər budur ki, ABŞ Ukraynaya silah yardımını dayandırır. Rusiya isə İsrail-ABŞ tandeminin İrana hücumuna səssiz qalır. İran Ukrayna müharibəsində Rusiyaya silah yardımı edir. Burada ilk növbədə dron yardımını yada salmaq gərəkdir. İran hətta Rusiyada PUA zavodu da tikib. Yəni İran Ukraynada Qərbə qarşı Rusiya ilə eyni cəbhədə yer alıb. Amma belə görünür ki, Rusiya Ukraynada üstünlük qazanmaq, güzəşt əldə edə bilmək üçün ABŞ-la İsrailin İrana hücumuna razılıq verib. Deməli, İranın arxayın olduğu strateji tərəfdaşı Rusiya, o cümlədən Çin onu meydanda tək buraxıb. Bu həftə Çin və ABŞ arasında ticarət sövdələşməsi üzrə razılıq əldə olunub. Bu o deməkdir ki, Çin İrana yönəlmiş hərbi müdaxiləyə qarışmayacaq. İran meydanda tək qalıb. Tehran Vaşinqtonla anlaşma əldə edilməsə, hərbi əməliyyatların davam edəcəyi gözlənilir”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun