Medianews.az
Santuşun bir ili: <span style=color:red>10 oyunda bir qələbə də qazanmayıb
125 baxış

Santuşun bir ili: 10 oyunda bir qələbə də qazanmayıb

Portuqaliyalı Fernandu Santuşun Azərbaycan milli futbol komandasının baş məşqçisi təyin olunmasından bir il ötür. 1954-cü il təvəllüdlü Fernandu Santuş Portuqaliyanın “Eştoril”, “Maritimu” komandalarının müdafiəçisi olub, “Eştoril”, “Eştrela”, “Portu”, “Sportinq”, “Benfika” (Portuqaliya), AEK, “Panatinaikos”, PAOK (Yunanıstan), “Beşiktaş” (Türkiyə) klublarına, Yunanıstan, Portuqaliya, Polşa milli komandalarına baş məşqçilik edib. 12 iyun 2024-cü ildən Azərbaycan yığmasının sükanı arxasındadır. Medianews.az bildirir ki, milli komanda Fernandu Santuşun rəhbərliyi altında 10 oyunda bir qələbə də qazanmayıb. UEFA Millətlər Liqasının 2024-2025 mövsümünün qrup mərhələsində cəmi 1 xal yığan komanda C liqasından D liqasına yuvarlanıb. Yığma İsveçə 1:3 və 0:6, Slovakiyaya 1:3 və 0:2 hesabları ilə uduzub, Estoniya ilə görüşlərdə 0:0 və 1:3 nəticələri əldə edib. Yoldaşlıq oyunlarına gəlincə, evdə Haitiyə 0:3, Belarusa 0:2, Macarıstana 1:2 hesabları ilə yenilən yığma Latviya səfərindən 0:0 hesabı ilə dönüb. Beynəlxalq turnirlərə 1994-cü ildən qatılan Azərbaycan milli komandası dörd Avropa çempionatının seçmə mərhələsini qrupda sonuncu, dördünü sondan əvvəlki yerdə bitirib. Dörd dünya çempionatının seçmə mərhələsində yığma qrupda sonuncu, ikisində sondan əvvəlki, birində axırdan üçüncü pilləni tutub. Milli bir yol UEFA Millətlər Liqasının D liqasında qrup ikincisi olub, C liqasında bir yol üçüncü, bir yol ikinci, bir yol dördüncü (sonuncu) pillədə yer alıb. Toğrul Əli, Medianews.az  

Bizə qoşulun