Medianews.az
Toydan qayıdarkən fəlakət yaşadılar: <span style=color:red> Çoxlu yaralı var
146 baxış

Toydan qayıdarkən fəlakət yaşadılar: Çoxlu yaralı var

Türkiyədə toydan qayıdan insanları daşıyan mikroavtobusun aşması nəticəsində 17 nəfər yaralanıb. Medianews.az xəbər verir ki, hadisə Çorumun Alaca rayonunda baş verib. Yaralılar müalicə üçün xəstəxanalara aparılıb. Mikroavtobus naməlum səbəbdən idarəetmədən çıxaraq Koçhisar bəndi yaxınlığında yol kənarına aşıb. Qəzanın ardından hadisə yerinə jandarma və sağlamlıq qrupları sövq edilib. Mikroavtobusda olan sərnişinlərin toy üçün getdikləri Adanadan Samsuna qayıdarkən yolda olduqları öyrənilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Medianews.az

Bizə qoşulun