11.06.2025, 08:31
177 baxış
Lamiyə
Pələng qadını boynundan sürüb PARÇALADI
Hindistanda pələng 45 yaşlı qadının öz evində ona hücum edərək, boynundan tutub və tarlaya sürükləyib.
Medianews.az xəbər verir ki, hadisə Uttar Pradeş ştatının Şanti Naqar kəndində, qadın evində qab yuyarkən baş verib.
Mərhumun cəsədi daha sonra 600 metr aralıda şəkər qamışı plantasiyasında tapılıb.
Yerli sakinlərin sözlərinə görə, pələng bir aydır kəndin yaxınlığında gəzir, lakin meşə idarəsi heç bir tədbir görmür.
Medianews.az