Medianews.az
İnəklər qadını tapdalayaraq <span style=color:red>ÖLDÜRDÜ
240 baxış

İnəklər qadını tapdalayaraq ÖLDÜRDÜ

İsveçrədə 91 yaşlı çoban inəklərin qurbanı olub. Medianews.az xəbər verir ki, hadisə Qraubünden kantonunun Andiast kəndində baş verib. İlkin məlumata görə, 91 yaşlı çoban sürüsünü yolun dar hissəsindən keçirməyə çalışırmış. Bu zaman o, müvazinətini itirərək yıxılıb. Sürü yoluna davam edib və o, inəklərin altında qalıb. Qadını oğlu huşsuz vəziyyətdə tapıb. O, hadisə yerinə təcili tibbi yardım çağırsa da, reanimasiya tədbirləri nəticəsiz qalıb. Polis və prokurorluq faciəvi hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıb. İsveçrədə insanların mal-qaranın qurbanı olması ilk dəfə deyil.

Bizə qoşulun