Medianews.az
“ABŞ beynəlxalq müstəvidə qürubunu yaşayır” – <span style=color:red>Siyasi şərhçi
149 baxış

“ABŞ beynəlxalq müstəvidə qürubunu yaşayır” – Siyasi şərhçi

“ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığında görüş barədə razılaşma əldə edilməyib. Çünki görüş Ukrayna danışıqlarında ciddi irəliləyişlərin əldə olunması ilə nəticələnməli idi. Rusiya tərəfi nə atəşkəsə, nə də sülhə hazır deyil. Bir görüşə də hazır deyil. Göründüyü kimi, baş tutan telefon danışığından sonra Tramp Ukraynaya zərbələrə seyrçi qalıb”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, Tramp Ukraynaya hərbi yardımları dayandırmaqla yanaşı, Rusiyaya sanksiyaların tətbiqinin də qarşısını alır: “Putinə bundan böyük hədiyyə ola bilməzdi. Proseslər onu göstərir ki, Tramp Ukraynanı Putinə güzəştə getməyə hazır görünür. ABŞ Konqresində respublikaçılar Trampın Ukrayna siyasətindən narazıdır. Əgər Tramp hazırkı siyasətini davam etdirəcəksə, onun siyasi karyerası sual altına düşəcək. Respublikaçılar Partiyasının növbəti mərhələdə seçkilərdə qalib gəlib-gəlməyəcəyi Ukrayna müharibəsindən asılı olacaq. Ağ evin hazırkı siyasəti Respublikaçılar Partiyasının imicinə zərbədir. Hətta Trampın impiçment olunacağı da istisna deyil. ABŞ Ukraynadan tam geri çəkilsə, Avropa İttifaqı yeni beynəlxalq siyasi və hərbi gücə çevriləcək. Böyük Britaniya da öz beynəlxalq siyasi mövqeyini gücləndirəcək. Bununla da ABŞ Ukraynanı Rusiya qarşısında dəstəkləməyəcəksə, artıq fövqəldövlət statusunu itirə bilər. Faktiki olaraq Tramp prezidentliyə başlayandan bəri heç bir ciddi uğura imza atmayıb. Hakimiyyət daxilində böhran davam edir. Ölkədə miqrantların deportasiyası ilə bağlı etiraz aksiyaları məhz onun daxili siyasətinin iflasıdır. Tramp strateji və müttəfiq ölkələri ilə münasibətləri gərginləşdirib. Amerika qitəsində güclənməsini özünün strateji planına daxil edən Tramp Latın Amerikası ölkələri və Kanada ilə soyuq münasibətlərə malikdir. Ona görə də Trampın "ABŞ yenidən qayıdır", "güclü Amerika" kimi şüarları populizmdir. ABŞ beynəlxalq müstəvidə qürubunu yaşayır”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun