05.06.2025, 08:26
193 baxış
Lamiyə
Ayağı ilə maşının şüşəsini sındırdı – ANBAAN VİDEO
Rusiyada qız qəfildən bir avtomobilin kapotuna tullanaraq ayağı ilə ön şüşəni sındırıb.
Medianews.az xəbər verir ki, hadisə Sankt-Peterburqda baş verib.
Həmin vaxt avtomobilin içəridə uşaqlı bir ailə olub.
Avtomobildəki qadın bildirib ki, ailəsi ilə yol gedərkən qəfil qəribə bir qızla rastlaşıblar. Sürücü onu vurmamaq üçün dayanmalı olub. O, kapotun üstünə tullanıb və yalın ayağı ilə ön şüşəyə vurmağa başlayıb, daha sonra sürücü onu saxlamağa qərar verəndə qaçmağa başlayıb.
Kişi qızı saxlaya bilib və polislə təcili yardım gələnə qədər onu buraxmayıb. Hadisə şahidlərinin sözlərinə görə, aqressiv qızın 19 yaşı var və bundan əvvəl də birlikdə narkotik istifadə etmiş ola biləcək tanışı tərəfindən döyülüb.
Medianews.az
Paylaş: