Medianews.az
Benzia bu epizoda görə ağır cəza aldı - <span style=color:red>VİDEO
192 baxış

Benzia bu epizoda görə ağır cəza aldı - VİDEO

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun finalında keçirilən “Qarabağ” – “Sabah” oyunu ilə bağlı qərarlarını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, “Qarabağ” 4, “Sabah” isə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 700 manat cərimələnib. Görüşün 120-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, klub 1500 manat cərimələnib. Həmin vaxt hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd edən ağdamlıların futbolçusu Yassin Benzia 5 matçlıq diskvalifikasiya olunub, klubunu 3000 manat ziyana salıb.

Bizə qoşulun