02.06.2025, 11:09
98 baxış
Lamiyə
Puqaçova Rusiyaya dəvət olunub
Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin (FPBC) rəhbəri Vitali Borodin müğənni Alla Puqaçovanı Rusiyaya dəvət edib.
Medianews.az xəbər verir ki, o, müraciəti şəxsi Telegram kanalında yerləşdirib.
"Alla Borisovna hava limanından birbaşa istintaq orqanlarına getməli və dostu tərəfindən təşkil edilmiş mənə qarşı sui-qəsd cəhdi ilə bağlı izahat verməlidir", - FPBC rəhbəri deyib.
Daha sonra fəal sənətçiyə üz tutub, onunla şəxsən gül-çiçəklə görüşəcəyini vəd edib. “Sizi görməyi səbirsizliklə gözləyirik, gəlin!", - bildirib.
Mart ayında Borodin Puqaçovanı sui-qəsd hazırlamaqda ittiham edib. Onun fikrincə, buna səbəb müğənninin titullarından və dövlət mükafatlarından məhrum edilməsi, habelə ona xarici agent statusunun verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi təşəbbüsü ola bilərdi.
Medianews.az