Mövzu ilə bağlı Medianews.az -a açıqlamasında AR Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Qaya Əliyev bildirdi ki, mülki qanunvericilikdə öhdəliklərinin icrasının müxtəlif təminat üsulları nəzərdə tutulmuşdur. Bunlara girov, ipoteka, qarantiya, saxlanc, beh, o cümldən zaminlik aiddir:
“Zamin başqa şəxsin mülki öhdəliyinin icrasının məsuliyyətini öz üzərinə götürən şəxsdir. Tutaq ki, Əlinin Faiq qarşısında hər hansı bir mülki öhdəliyi var, Məhəmməd Faiq qarşısında öhdəlik götürür ki, Əli öz öhdəliyini icra etməsə onun icra edilməmiş öhdəliyinə cavabdehlik daşıyacaq. Zaminlik təkcə kredit-pul öhdəliyi üçün nəzərdə tutulmamışdır, podrat, tapşırıq və digər öhdəliklər üçün də zaminlik nəzərdə tutula bilər. Lakin, iqtisadi dövriyyədə daha çox bank-kredit münasibətlərində zaminlik tətbiq olunur. Mülki qanunvericilikdə zaminliyin iki forması nəzərdə tutulub: 1. Subsidiar zaminlik 2. Müştərək zaminlik. Subsidiar zaminlik odur ki, öhdəlik icra olunmasa kreditor onu ilk növbədə əsas borcludan icrasını tələb edir, bu mümkün olmadıqda subsidiar zaminin məsuliyyəti başlayır. Lakin müştərək zaminlikdə isə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yəni, bank və kredit təşkilatı üçün fərqi yoxdur, əsas borclu- kredit vəsaitin məxaric edən, ya ona zamin duran şəxs. Bank müştərək zaminlik eyni vaxtda həmin əsas borcludan, həm də zamindən müştərək qaydada kreditin ödənilməsini tələb edə bilir. Zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Zaminlik əvəzli və ya əvəzsiz də ola bilər. Məsələn, zaminin borcluya göstərdiyi xidmətlər üçün muzd almaq hüququ vardır. Yaxud, zamin borclunun əvəzinə krediti öhdədikdən sonra borcluya qarşı reqress tələb irəli sürüb kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Bir sözlə, zamin əsas borclu ilə eyni maddi məsuliyyət daşıyır”.
Q.Əliyev qeyd etdi ki, bəzən praktikada zamin durmuş vətəndaşlar etiraz edirlər ki, biz o pulun heç üzünü də görməmişik, o puldan faydalanmamışıq, bankdan 1 manat da pul götürməmişik, amma əmək haqqıma yönəldilib:
“Məsələ burasındadır ki, bank məhz zaminin gəlirlərinə, borclunun öhdəliyinə zamin durmasına arxayın olaraq o vəsaiti borcluya verir. Əks təqdirdə, borclunun öhdəliyinə zamin durulmasaydı o vəsaiti borcluya ödəməyəcəkdi. Əgər zaminlik müqaviləsi qanuni əsaslarla bağlanmışsa, qanunvericiliyin tələblərinə riayət olunmuşsa, yaxud kreditor zaminə qarşı iddia tələbi irəli sürmək üçün müəyyən edilmiş 1 illik iddia müddətini ötürməmişsə zaminlikdən imtinaya yol verilmir. Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları müəyyən edilmişdir. Belə əsaslara zaminliyin təmin etdiyi öhdəliyə xitam verilməsi, habelə zaminin razılığı olmadan həmin öhdəliyin onun məsuliyyətinin artmasına və ya onun üçün sair əlverişsiz nəticələrin yaranmasına səbəb olan dəyişikliklərlə müşayiət olunması, borcun zaminin razılığı olmadan başqa kreditora keçməsi, kreditorun ona təklif olunan lazımi icranı qəbul etməməsi. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması kimi hallar daxildir. Müddətlə bağlı məsələlər xüsusilə əhəmiyyətlidir. Belə müddətlər mülki qanunvericilikdə tərəfləri, həmçinin elə kreditorun özünü də intizamlandırmaq məqsədi daşıyır. Yəni, zaminlik əbədi ola bilməz. Kreditor istər borcluya, istərsə də zaminə tələbini vaxtında irəli sürməlidir. Mülki qanunvericilikdə müəyyən olunmuşdur ki. zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tutaq ki, kredit müqaviləsi 2022-ci ilin yanvarında 12 aylıq müddətinə bağlanılıb. 2023-cü ilin yanvarında kredit müqaviləsinin müddəti bitir. Bank bu zaman borcluya qarşı 2026-cı ilin yanvar ayına kimi, zaminə qarşı isə 2024-cü ilin yanvar ayına kimi iddia tələbi irəli sürə bilər. Müqavilədə əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Yaxud, bəzi hallarda praktikada rast gəlinir ki, bank və əsas borclu arasında kredit xətti və ya əsas kredit müqaviləsi bağlanılır, zamin həmin kredit xəttinə və ya əsas kredit müqaviləsinə zamin durur”.
Hüquşünas sonda əlavə etdi ki, daha sonra bank və borclu müəyyən müddət sonra obyektiv və ya subyektiv səbəblərdən kredit müqaviləsinə əlavə razılaşma formatında əsas kredit müqaviləsinin bir sıra mühüm şərtlərini dəyişir:
“Məsələn, kredit öhdəliklərinin icrası müddəti uzadılır, faiz dərəcəsi artırılır və s. Lakin bu zaman zaminlə də eyni qaydada kredit müqaviləsinin dəyişdirilmiş şərtləri əsasında zaminlik müqaviləsinə əlavə razılşma üzrə müqavilə bağlamaq unudulur. Belə hallar zaminliyə xitam verilməsi üçün birbaşa əsasdır. Təbii ki, burada söhbət borclunun və zaminin vəziyyətini ağırlaşdıran şərtlərdən gedir. Məsələn, borclu və bank kredit müqaviləsinin digər şərtlərini dəyişdirmədən kredit faizinin aşağı salınması ilə bağlı əlavə razılığa gəlirlərsə bu zaman zaminin razılığının alınmasına ehtiyac qalmır. Bu onsuz da onun mənafeyinə uyğundur, cavabdehlik daşıdığı öhdəliyi artırmır. Zaminlik müqaviləsinə xitam verilməsi ilə yanaşı zaminlik müqaviləsinin etibarsızlığı məsələsi də var. Bu halda da, zaminlik öhdəliyi qüvvədən düşmüş olur. Burada artıq zaminlik müqaviləsinin qanunvericilikdə müəyyən edilmiş forma və məzmun, iradə ifadəsi, səlahiyyət və s. əsaslarla etibarlılıq şərtlərin təftişindən söhbət gedir. Bir sözlə zamin borclu tərəfindən kredit təşkilatından, bankdann məxaric edilən vəsaitdən bəhrələnib-bəhrələnməməsindən, o vəsaitdən ona hansısa hissənin ona çatıb-çatmamasından, o vəsaiti "görüb-görməməsindən" asılı olmayaraq həmin vəsaitin banka geri qaytarılmasına məsuldur”.
Oğuz Ayvaz,
Medianews.az
29.05.2025, 08:42
313 baxış
Nailə
Zaminlikdən imtina etmək olarmı? - Hüquqşünas açıqlayır
Çox vaxt biz tanışlarımızın borcuna heç düşünmədən zaminlik edirik. Lakin kredit götürən şəxs borcunu vaxtında ödəməsə, həmin borc bizim üzərimizə keçir. Bank borcu ödəmədikdə, pul avtomatik olaraq bizim hesabımızdan tutulur. Zaminin hansı məsuliyyətləri və öhdəlikləri var? Zaminlikdən imtina etmək mümkündürmü və bunun üçün hansı prosedurlar var?