Medianews.az
Xəzər Universitetində tələbənin bıçaqlanması ilə bağlı yeni <span style=color:red>TƏFƏRRÜAT
419 baxış

Xəzər Universitetində tələbənin bıçaqlanması ilə bağlı yeni TƏFƏRRÜAT

Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadisəsi baş verib. Musavat.com-un xəbərinə görə, hadisə Xəzər Universitetinin Neftçilərdə yerləşən birinci kampusunda baş verib. Bıçaq xəsarəti alan tələbə Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralı tələbəyə ilkin tibbi yardım göstərilib və vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs – F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Hazırda universitetdəki nəzarət kameralarına baxış keçirilir, hadisənin şahidi olan digər tələbələr dindirilir. Universitet rəhbərliyi hüquq-mühafizə orqanlarının araşdırma apardığını bildirərək açıqlama vermək istəməyib. Hadisənin 4-cü kurs tələbələri arasında baş verdiyi məlum olub. Davanın hansı səbəbdən baş verməsi ilə bağlı məlumat yoxdur.

Bizə qoşulun