Medianews.az
Pələnglər 11 nəfəri <span style=color:red> parçalayıb
126 baxış

Pələnglər 11 nəfəri parçalayıb

Hindistanda Çandrapur rayonunun 11 sakini 17 gün ərzində pələnglərin qurbanı olub. Medianews.az xəbər verir ki, çərşənbə axşamı, mayın 27-də Maharaştra ştatındakı Tadoba-Andhari Vəhşi Təbiət Qoruğunun bufer zonasında daha iki ölümcül hücum baş verib. 45 yaşlı Nanda Sanjay Makalvar əri və Çiroli kəndinin digər sakinləri ilə meşədə bambuk yığarkən hücuma məruz qalıb və öldürülüb. 52 yaşlı Suresh Sopankar həmin ərazidə mal-qara otarırdı və pələngin də qurbanı olub. Cümə axşamı, mayın 23-də 55 yaşlı çoban Banda Parasuram Urade mal-qarasını otarmaq üçün çıxararkən hücuma məruz qalıb. Mayın 17-də qoruqdan olan pələnglər Bhandurna kəndindən olan 70 yaşlı Rişi Pendoru parçalayıblar. Mayın 18-də heyvan Talohi meşəsi ərazisində qara xurma yarpaqları yığan 63 yaşlı Maroti Şendeyə hücum edib. Bundan əvvəl, mayın 14-də yırtıcı Kərbədə kənd sakini, 54 yaşlı Kaçrabai Bhardenin həyatına son qoymuşdu. Mayın 13-də səhər Badurni kəndi yaxınlığında vəhşi 30 yaşlı Bhuvaneshwai Bhendre-ni parça-parça edib. Mayın 11-də meşədə Nağla kəndindən olan 65 yaşlı Nimala Şendenin qalıqları tapılıb. Mayın 10-da bir hücumda pələng Mendhamal kəndinin 3 sakinini - 55 yaşlı Kantabai Choudhary, onun 30 yaşlı gəlini Şubhangi Choudhary və 50 yaşlı Sarika Shendeni öldürüb. Medianews.az

Bizə qoşulun