29.05.2025, 10:14
162 baxış
Lamiyə
Çamadanlarında insan sümüklərindən narkotik aşkar edildi
Böyük Britaniyadan olan keçmiş stüardessa Şri-Lankada 46 kiloqram narkotik apardığı üçün həbs edilib.
Medianews.az xəbər verir ki, 21 yaşlı Şarlotta Mey Li “kuş” adlı Afrika narkotik ilə doldurulmuş çamadanlarla Taylanddan Kolomboya uçub.
O, marixuana, fentanil və tramadoldan hazırlanır. Digər mühüm tərkib hissəsi talan edilmiş qəbirlərdən əldə edilən insan sümükləri hesab olunur.
Qız çamadanlarındakı narkotiklərdən xəbəri olmadığını iddia edir. O, maddənin Banqkok hava limanına qoyulmasından şübhələnir. Günahı sübut olunarsa, onu 25 ilə qədər həbs cəzası gözləyir.
Medianews.az