26.05.2025, 10:02
89 baxış
Nailə
"Barselona"nın tarixinə düşən məhsuldar mövsüm
“Barselona” La Liqanın son – 38-ci turunda səfərdə “Atletik”ə qarşı keçirdiyi oyunu 3:0 hesabı ilə qələbə ilə başa vurub.
Publika.az xəbər verir ki, bu nəticə ilə “Barsa” 2024/25 mövsümündə ümumilikdə 60 oyunda 174 qol vurub. Komanda La Liqada 102, Çempionlar Liqasında 43, İspaniya Kubokunda 22, Superkubokda isə 7 dəfə rəqib qapısına yol tapıb.
Hans-Diter Flikin rəhbərliyi altında bu göstərici klub tarixində ən məhsuldar mövsümlərdən biri kimi yadda qalıb. “Barselona” yalnız 2014/15 mövsümündə 175, 2011/12 mövsümündə isə 190 qol vurmaqla daha yüksək göstəriciyə imza atıb.