Medianews.az
Gizli sövdələşmələr Ukraynaya <span style=color:red>sülh gətirəcəkmi?
223 baxış

Gizli sövdələşmələr Ukraynaya sülh gətirəcəkmi?

ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb ki, Putinlə iki saat davam edən telefon danışığı çox yaxşı keçib. O qeyd edib ki, Rusiya və Ukrayna dərhal atəşkəs və daha önəmlisi, müharibənin sona çatdırılması ilə bağlı danışıqlara başlayacaqlar. Çox maraqlıdır ki, kifayət qədər təcrübəli siyasətçi, Rusiya-Ukrayna müharibəsinin əsas baiskarı, öz imperiya iddialarında geri çəkilməyən Vladimir Putini ABŞ Prezidenti necə razı sala bilib. Digər tərəfdən Qərb Rusiyaya qarşı ciddi sanksiyalara hazırlaşır. Almaniya kansleri Fridrix Merz sosial şəbəkədə yazır: “Avropa sanksiyalar vasitəsilə Moskvaya təzyiqi artıracaq. Bu barədə ABŞ Prezidenti Trampla onun Putinlə söhbətindən sonra razılaşdıq”. Lakin bir məsələ aydındır ki, Ukrayna xalqının və onun rəhbərliyinin alçaldıcı razılaşmaya gedəcəyi inandırıcı deyil. Müşahidələr göstərir ki, ukraynalıların böyük əksəriyyəti bütün fəlakətlərə baxmayaraq, öz ərazilərini Rusiyaya güzəştə getməyəcəklər. Ola bilər ki, müəyyən zaman kəsiyində torpaqların işğalda qalmasına razılaşa bilərlər. Bu proses öz güclərini bərpa edənə, əlverişli şərait yetişənə qədər davam edə bilər. Görünən odur ki, Tramp Putinlə bağları hələ ki, qırmaq istəmir, danışıqları davam etdirir. Ortada hansısa gizli sövdələşmələrin olduğu mümkündür. Bir məsələ gün kimi aydır ki, Rusiya-Ukrayna müharibəsində yalnız ədalətli sülh regiona sabitlik gətirər. Bu da Rusiyanın tamamilə taqətdən düşdüyü, işğal etdiyi torpaqlardan geri çəkildiyi halda mümkün olar. Digər variantların, gizli sövdələşmələrın, yeni əcaib-qəraib siyasi gedişlərin effektli nəticə verəcəyi inandırıcı deyil. Əkrəm Bəydəmirli

Bizə qoşulun