Medianews.az
"Rusiya bu gecə qitələrarası raket buraxacaq"
100 baxış

"Rusiya bu gecə qitələrarası raket buraxacaq"

Rusiya bu gecə "Yars" kompleksindən RS-24 qitələrarası ballistik raketini buraxmağı planlaşdırır. Medianews.az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. "Məqsəd Ukraynaya, həmçinin AB və NATO-ya üzv dövlətlərə nümayişkaranə təzyiq və hədə-qorxu gəlməkdir", - məlumatda qeyd olunub. Bildirilib ki, raket Sverdlovsk vilayətinin Svobodnıy yaşayış məntəqəsi yaxınlığından buraxılacaq. Üç pilləli bərk yanacaqla işləyən raketin uçuş məsafəsi 10 min km-dən çoxdur.

Bizə qoşulun