16.05.2025, 12:15
75 baxış
Nailə
Everest yaxınlığında cəsəd tapılıb
Hindistanlı alpinist Subrata Qoş Everest dağının zirvəsi yaxınlığında ölü tapılıb.
Medianews.az The Himalayan Times qəzetinə istinadən xəbər verir ki, Qoş Everest dağının zirvəsi yaxınlığında Hillari pilləsinin altında ölüb.
Səlahiyyətli şəxslər deyiblər ki, Everest dağının zirvəsindən enərkən dünyasını dəyişən 45 yaşlı alpinist Qoş eniş zamanı yorğun olub. Üstəlik, onda hündürlükdən qorxma xəstəliyinin də əlamətləri varmış. Hindistanlı alpinistin bələdçisi Palçen Tamangin isə bildirib ki, Qoş, çox güman, dağdan enərkən sonadək mübarizə aparmayıb, bir növ ölümə tabe olub.
Səlahiyyətlilər bildiriblər ki, Qonun cəsədini baza düşərgəsinə gətirmək üçün səylər davam edir.
Onu da qeyd edək ki, Qoşun ölümü bu mövsüm Everest dağında baş verən ikinci ölümdür.
Filippinli alpinist Filip Santyaqo da 7900 metr hündürlükdə yerləşən Everestin 4-cü düşərgəsinə çatdıqdan sonra dünyasını dəyişib.
Santyaqonun ölüm səbəbinin həddindən artıq yorğunluq olduğu, onun cansız bədəninin pis hava şəraiti və maddi-texniki çətinliklər səbəbindən düşərgə ərazisində qaldığı bildirilib.
Səhv planlaşdırma və əlverişsiz hava şəraiti Everest dağında bəzi alpinistlərin ölümünə səbəb olur.
Medianews.az