14.05.2025, 13:21
83 baxış
Lamiyə
Yeməyi bəyənmədiyi üçün aşbazı güllələdi
ABŞ-nin Sprinqfild şəhərində bekon sevmədiyi üçün aşpazı öldürən şəxs həbs cəzasına məhkum edilib.
Medianews.az xəbər verir ki, hadisə Sprinqfild şəhərində baş verib.
Münaqişə 37 yaşlı Con Braun kiçik və 39 yaşlı aşpaz Benito Aqronom arasında baş verib. Müşahidə kameralarının görüntülərinə görə, Aqron həmsöhbətinə sendviç verib. Kiçik Braun yeməyin içərisində bekon görüb və onun üstündə aşpazla mübahisə etməyə başlayıb.
Şifahi mübahisə tezliklə davaya çevrilib. Braun Aqronu zorakılıqla hədələyib və müəssisəni tərk edib. 30-40 dəqiqədən sonra tapança ilə qayıdıb aşpaza bir neçə güllə atıb. Aqronu xilas etmək mümkün olmayıb. Braun həbs edilib. O, 18 ilini həbsdə keçirəcək.
Medianews.az