Medianews.az
Dünyanın ən bahalı filmi seçildi
188 baxış

Dünyanın ən bahalı filmi seçildi

Dünyanın ən bahalı ekran əsəri statusu artıq milyonlarla tamaşaçı qazanan, həmçinin baxış sayına görə yüz milyonlarla dollar gəlir gətirmiş "Ulduz müharibələri" filmi deyil. Medianews.az-ın məlumatına görə, "Universal" kino studiyası tərəfindən bu il təqdim edilmiş maliyyə sənədləri sübut edib ki, 2022-ci ilin "Yura dövrü dünyası" filmi digər bölümlərindən fərqli olmaqla, ən bahalı film kimi birinci yerdə durur. Ekspertlər bildiriblər ki, bu bölümdən olan filmlərə indi də maraqla baxılır. "Universal" kino şirkətinin dərc olunmuş vergi hesabatlarına görə, françayzinqdə üçüncü hissənin istehsalı 583,9 milyon dollara başa gəlib. Kütləvi xərclər üçüncü bölümün 2020-ci ilində çətin bir şəraitdə lentə alınıb ki, bunun da səbəbi o vaxtlar geniş yayılmış COVID-19 pandemiyasının qızğın dövründə belə davam edən filmin çəkilişləri ilə bağlıdır. Belə ki, dünyadakı karantin dövrü səbəbindən problemlərlə üzləşən filmin heyətinin, ekipaj üzvlərinin əksəriyyəti İngiltərədə karantin rejimində qalmalı olub. Məhz elə buna görə, "Yura dövrü dünyası" filminin xərcləri getdikcə artıb. Böyük Britaniyanın ərazisində daha çox layihənin çəkilməsini təşviq etmək üçün yerli hökumətin tərəfindən verilmiş vergi güzəştləri sayəsində ABŞ-ın "Universal" kino şirkəti bu ölkədə blokbaster filminin çəkilişinə görə 89,1 milyon funt sterlinq alıb. Stiven Spilberqin rejissorluğu ilə çəkilən bundan əvvəlki hissələrin ümumi büdcəsi 63.000.000 dollar həcmində, filmin kassa gəliri isə 1.030.314.141 dollara çatıb. Bir müddət sonra "Yura dövrü dünyası"-nın gəliri 404.214.720 dolları ötüb. Nəşr onu da xatırladır ki, bu seriyadan olan filmlər müxtəlif vaxtlarda "Universal Pictures", "Netflix" kino yayımları və film istehsalı şirkəti, "iTunes", eyni zamanda "Microsoft Store" kimi məşhur Amerika şirkətlərinin distribütorluğu ilə çəkilib. Ekspertlərin fikrincə, belə davam edərsə, yaxın gələcəkdə "Yura dövrü dünyası" ən çox gəlir gətirən, hətta bir milyarddan da artıq kapital toplayan filmlər siyahısında yenidən liderlik edəcək. Medianews.az

Bizə qoşulun