Medianews.az
“Akifin səsinin batmasını anam ağır qarşıladı, həkimlər zədələmişdilər” - <span style=color:red>Sara Qədimovanın oğlu
258 baxış

“Akifin səsinin batmasını anam ağır qarşıladı, həkimlər zədələmişdilər” - Sara Qədimovanın oğlu

“Akifin oğlu Ayxanın toy mərasimində də iştirak etmişəm. Biz istiqanlı insanlarıq. Doğma qardaşdan da doğmayıq. Anamız sağlığında heç vaxt bizim aramızda ayır-seçkilik qoymayıb. Hara gedirdisə eyni əşyadan iki dənə gətirərdi. Çoxu deyir ki, niyə efirlərə çıxmırsız, müsahibə vermirsiz? Mən bəyəm sənətçiyəm ki, iki dəqiqədən bir efirlərə çıxım? Ümumiyyətlə heç vaxt efirlərə çıxmamışam, müsahibə verməmişəm. Anam, qardaşım, xalamın əri Hacıbaba Hüseynov böyük sənətkar olublar. Həm də kobud da səslənsə özümüzü “gözə soxmuruq”. Akifi görmüsüz ki, kiməsə zəng edib desin ki, gəlin məndən müsahibə alın? Hər bir insan başqa xasiyyətdə olur. Biz beləyik. İnsan var ki, “ölür” efirə çıxmaqdan, müsahibə verməkdən ötrü” Bunu Medianews.az-a özəl açıqlamasında görkəmli sənətkar Sara Qədimovanın oğlu, Akif İslamzadənin qardaşı Vaqif Əlioğlu deyib. Vaqif bəy tanınmış gitara ifaçısı Rəmişlə də yaxın qohum olduqlarını bildirib: “Anam Fatmayı kəndindəndir. Anamın atası Ağdamın Gülablı kəndindəndir. Babamın Ağdamda yurdu var. Anam uşaq yaşlarından Bakıya gəlib, burada Qurban Pirimovgildə böyüyüb. Rəmiş də anamın qohumlarındandır. Səhv etmirəmsə anamın bibisi nəvəsidir. Biz göz açıb evimizdə Zülfü Adıgözəlovu, Yavər Kələntərlini, Hacıbaba Hüseynovu, Rübabə Muradovanı, Şövkət Ələkbərovanı görmüşük. Allah hamısına rəhmət etsin! Səs Allahdan bir vergidir. Hər insana verilmir. Mənə verilməyib, amma Akifə verilib. Mən başqa sahədə çalışmışam, ticarətçiyəm. Hazırda 75 yaşım var”. Vaqif Əlioğlu qardaşının səsinin tutulma səbəbindən də danışıb: “Səsi Allah verir, Allah alır. Bütün bunlar hamısı Allahın əlindədir. Özü bilən məsləhətdir. Məsləhəti bu imiş. Akifi Moskvada əməliyyat edən həkim səs tellərini zədələmişdi. Anam Sara xanım bu hadisəni çox ağır yaşadı. Çox pis illər keçirdi. Görkəmli bəstəkarımız Arif Məlikov deyirdi ki, Akif oxumağı, mən də musiqi yazmağı qurtardım”. Əli Əsgər Medianews.az

Bizə qoşulun