13.05.2025, 11:32
134 baxış
Lamiyə
Hormonal problemlərin əlamətləri
“10 əlamət hormonal problemləri göstərə bilər”.
Medianews.az xəbər verir ki, bunu endokrinoloq Nuria Vilarraza deyib.
Vilarraza həddindən artıq yorğunluq, yuxu problemləri, səbəbsiz çəki dəyişiklikləri, əhval dəyişikliyi, dəri vəziyyətinin pisləşməsi, saç tökülməsi və menstruasiya pozuntuları ilə qarşılaşsanız, hormonları yoxlamağı tövsiyə edib.
Bundan əlavə, onun sözlərinə görə, soyuq və ya istiyə qarşı güclü həssaslığınız, titrəyişiniz və bağırsaqlarınızda problemlər varsa, həkimə getməyə dəyər.
Sağlam hormonal tarazlığa nail olmaq üçün həkim zülal, sağlam yağlar və kompleks karbohidratlarla zəngin qidaları diyetə daxil etməyi tövsiyə edir. O da deyir ki, mütəmadi olaraq idman etmək lazımdır. Sonda endokrinoloq insanları yuxularını yaxşılaşdırmağa və stressə səbəb olan vəziyyətlərdən qaçmağa çağırıb.
Medianews.az