13.05.2025, 09:47
124 baxış
Lamiyə
3 yaşlı qız kartof fridən zəhərlənərək ÖLDÜ
Rusiyada 3 yaşlı qız kartof fridən zəhərlənərək ölüb.
Medianews.az xəbər verir ki, Leninqrad vilayətinin Lodeynoye Pole şəhərində baş verib.
Mayın 9-da uşaq valideynləri ilə birlikdə kafeyə girib və orada onlara kartof qızartması verilib. Qız yemək yedikdən bir saat sonra qəflətən özünü pis hiss edib - hərarəti yüksəlib və mədəsində ciddi problemlər yaranmağa başlayıb.
Uşağın anası təcili yardım çağırıb, qız daha sonra vertolyotla Sankt-Peterburqa aparılıb, həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.
Həkimlər qızı xilas edə bilməyiblər.
Müstəntiqlər təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açıb.
Medianews.az