Medianews.az
PKK-nın özünü ləğv etməsi qərarına səbəb budur - <span style=color:red>Kürd liderlərin yeni ideyası var
205 baxış

PKK-nın özünü ləğv etməsi qərarına səbəb budur - Kürd liderlərin yeni ideyası var

Politoloq Xaqani Cəfərli PKK-nın özünü buraxması haqda qərarı Medianews.az-a şərh edib. X.Cəfərli bildirib ki, kürdcə adı “Partiya Karkerên Kurdistanê” (PKK) olan Kürdüstan Fəhlə Partiyası soyuq müharibənin məhsulu olaraq yaranmışdı: “Sovet İttifaqı NATO üzvü olan Türkiyədə komminist ideologiyasına əsaslanan separatçı kürd hərəkatının yaranmasında və təsirli olmasında əsas maraqlı tərəf idi. Ancaq onu da etiraf etmək lazımdır ki, PKK-dan öncə müstəqil kürd dövləti uğrunda mübarizə aparan başqa təşkilatlar da vardı, bu gün də var. Həmin təşkilatlar hələ Osmanlı dövlətinin zamanında meydana çıxıb və kənar müdaxilələrlə güclənib. Bu mənada indi PKK-nın özünü ləğv etməsi ciddi bir dəyişikliyə səbəb olmayacaq. Sadəcə kürd liderlər artıq PKK-nın mövcudluğunun siyasi kürd hərəkatına zərər verdiyini anlayıblar. Çünki PKK yalnız Türkiyədə deyil, Qərb ölkələrinin əksəriyyətində terror təşkilatı kimi tanınırdı. Üstəlik, PKK-nın daşıyıcısı olduğu kommunist ideologiyasının iflasa uğraması da kürd siyasi hərəkatına zərər verirdi. Kürd liderlər indi dövrün tələbləri ilə ayaqlaşan, Qərbdə dəstək qazana biləcək ideya və şüarlarla çıxış etməyə başlayıblar. İranda kürdlərin şüarı olan “Qadın, Həyat, Azadlıq” (Jin, Jiyan, Azadî) şüarının qısa müddətdə bütün kürdlərin əsas devizinə çevrilməsi də bunu təsdiq edir”. Politoloq qeyd edib ki, PKK-nın ləğvi Türkiyənin siyasi həyatına heç şübhəszi ki, təsir etməyə başlayacaq: “Bundan sonra Türkiyənin separçı kürd hərəkatına qarşı silahlı mübarizə aparması çətin olacaq. Çünki Türkiyənin və Qərbin terrorçu təşkilat kimi tanıdığı PKK artıq mövcud deyil. Terrorçu təşkilat mövcud olmadığı üçün Ankaranın separatçı hərəkat hesab etdiyi kürd siyasi hərəkatına qarşı silahlı mübarizə Türkiyənin özünün əleyhinə yönələcək. Türkiyənin daxilində isə kürd siyasi hərəkatı daha güclü olmağa başlayacaq”. “PKK-nın özünü ləğv etməsi qərarının Azərbaycana da təsiri ola bilərmi” sualını X.Cəfərli belə cavablandırıb: “PKK-nın ləğvinin Azərbaycan Respublikasına ciddi aidiyyəti yoxdur. Amma Güney Azərbaycanda yaranmağa başlayan kürd probleminin Quzey Azərbaycana da müəyyən təsiri ola bilər”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun