Medianews.az
Hindistanla Pakistan vuruşur, Çin qazanır - <span style=color:red>Poltoloq
237 baxış

Hindistanla Pakistan vuruşur, Çin qazanır - Poltoloq

“Hindistan-Pakistan toqquşmasının qalibi hələlik Çindir. Bir çox hərbi ekspertin və mərkəzin dəyərləndirməsi budur ki, 125 təyyarənin iştirak etdiyi bir saatlıq hava döyüşündə Çin hərbi texnikası üstünlük nümayiş etdirib”. Politoloq Ərəstun Oruclu Medianews.az-a açıqlamasında belə deyib. O, xatırladıb ki, Pakistan tərəfinin iddiasına görə, Hindistan Hərbi Hava Qüvvələrinin 5 təyyarəsi vurulub və onların da 3-ü Fransa istehsalı olan Dassault Rafale təyyarəsidir. Fransız mənbələri vurulan təyyarənin cəmi 1, ABŞ mənbələri isə 2 olduğunu bildirir. Rafale təyyarəsi hazırda ən çox sifariş edilən qırıcılardan biri sayılır. Çox güman ki, indi sifarişlərin bir hissəsinə yenidən baxılacaq. Bu rəqəm təxminən 220 idi. Bir təyyarənin qiyməti modifikasiyasından asılı olaraq 100-120 milyon dollar civarındadır. Pakistan Hərbi Hava Qüvvələrinin döyüşdə istifadə etdiyi Çin istehsalı olan J-10C təyyarəsi isə təxminən 2-3 dəfə ucuzdur (40-50 milyon dollar). Amma burada əsas üstünlük qazandıran təkcə təyyarələrin texniki parametrləri deyil. Pakistan Hərbi Hava Qüvvələrinə üstünlüyü qazandıran həm də onların arsenalındakı raketlər olub. Belə ki, Rafale təyyarəsinin təchiz olunduğu "hava-hava" tipli raketlərin hədəfləri vurma məsafəsi 160 km, Çin istehsalı J-10C təyyarəsində isə 210 km-dir. Bir çox mütəxəssisin fikrincə, əsas uğur qazandıran amil də bu olub. Başqa bir qrup ekspertlər isə təyyarələrin texniki parametrlərinin də bu məsələdə mühüm rol oynadığını vurğulayırlar”. Ə.Oruclu hesab edir ki, bu mövzuda gedən müzakirələr Azərbaycan üçün də son dərəcə əhəmiyyətlidir: “Belə ki, Azərbaycan Hərbi Hava Qüvvələri üçün J-10C təyyarəsindən daha mükəmməl hesab edilən, Çin-Pakistan birgə istehsalı olan son model JF-17 Block III təyyarələri alınıb”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun