Medianews.az
Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsini alt-üst edən <span style=color:red>QƏRAR VERİLDİ
181 baxış

Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsini alt-üst edən QƏRAR VERİLDİ

“Avropa İttifaqı Türkiyənin bu quruma üzvlüyü ilə bağlı ümidləri alt-üst edən qərar verdi”. Bunu Medianews.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. O bildirib ki, 2025-ci il mayın 7-si qardaş Türkiyənin Avropa İttifaqına üzvlüyündən birmənalı və həm də "izahlı imtina" günü kimi tarixə düşəcək. Yəni imtina qərarına "məzmunlu izah" da verdilər. Bir ispan deputatın hesabat məruzəsi əsasında qərar verildi - Türkiyənin Avropa İttifaqına 2013-cü ildə dondurulmuş üzvlük dialoqu bərpa edilməsin!” A.Quliyevin sözlərinə görə, ispan deputatın hazırladığı hesabatda Türkiyənin 2013-cü ildən demokratik istiqamətdə addım atmadığı, müxalifəti təqib etdiyi, demokratiyadan uzaqlaşdığı vurğulanıb: “Hesabatın müəllifi ispan deputat Sançes hətta Türkiyəni "demokratiyadan geri çəkilən yeganə ölkə" adlandırıb. Onun fikirləri daha uzaqlara hədəflənmiş nəticəyə gəlməyə əsas verir. Deputat deyib ki, biz Türkiyədə Avropa İttifaqının üzvü olmaq istəyən xalqla hökumətin arasında fərq olduğunu başa düşürük”. A.Quliyev qeyd edib ki, bu fikrin sətiraltı mənasını anlamaq çətin deyil: “Demək istəyirlər ki, Türkiyədə ən azı hakimiyyət dəyişməyincə Avropa İttifaqına üzvlük olmayacaq. Baxın, Türkiyəyə belə ifrat münasibət sərgilədiyi vaxtda həmin Avropa İttifaqı Mərkəzi Asiyanın dörd türk dövlətinə öz qucağını mümkün qədər geniş açır, onlara səxavətlə 12 milyard avro yardım bağışlayır. Ancaq həmin ölkələrdə demokratiya və insan haqlarından bir kəlmə də danışmırlar. Əlbəttə, hələlik danışmırlar. Çünki hələlik onlara Mərkəzi Asiyanın torpaq sərvətləri lazımdır. Hələlik onlara bu regiondan keçən və deməli, Rusiyadan yan keçən Orta Dəhlizi canlandırmaq və bu dəhlizə Ermənistanı da qoşmaq lazımdır. Elə ki məqsədlərinə çatdılar, daha üzlərini görmə. Bu gün Türkiyəyə qarşı qətnamə şəklində yağdırılan demokratiya ittihamlarının on qat artığını Mərkəzi Asiyanın türk dövlətlərinə yağdıracaqlar. Buna heç kimin şübhəsi olmasın. Çünki görmüşük... Mərkəzi Asiya dövlətlərinin bunu məhz indi başa düşməsi lazımdır. Sonra çox gec olacaq. Bunu indi başa düşsələr, Türkiyənin təklənməsinə imkan verməsələr, hətta onlara ayrılmış 12 milyard avrodan imtina etməyi bacarsalar, bütün türk dünyası qazanmış olar. Türkiyənin bu vəziyyətdə nə edəcəyi də maraqlıdır”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun