Medianews.az
“Kənan “Bayatı-Şiraz”ı oxumaqla atamı yaşadır, yenilik edə bilirlərsə...” - <span style=color:red>FOTOLAR
238 baxış

“Kənan “Bayatı-Şiraz”ı oxumaqla atamı yaşadır, yenilik edə bilirlərsə...” - FOTOLAR

“Tacir Şahmalıoğlu kimi sənətkarın oğlu olmaq ilk növbədə insandan böyük məsuliyyət tələb edir. Tacir müəllimin oğlu olmaqdan şərəf duyuram və çalışıram ki, ona layiq oğul olum. Bu mənim borcumdur. O xalqın sevgisini qazanıb. Mən o sevgini bitirə bilmərəm. Sənətə yeni addımlayanda istəmirdi ki, müğənni olum. Daha sonra gördü ki, musiqisiz dayana bilmirəm. Mənə ondan başqa heç kim dəstək olmayıb. Onun oğlu olmaq sənətdə mənə başucalığı, hörmət gətirib. Mən pis oxusaydım heç bu sənətə gəlməzdim. Özü görüb, bəyənib və sonradan dəstəkləyib. Mənim atam gənclik illərindən məcburi-köçkün kimi Ağdamdan Bakıya gəlib. O 8 ailəyə təkbaşına başçılıq edib. Öz qardaşlarına, bacılarına sahib çıxıb. Bu sənətdə də mənə sahib çıxan o olub” Bunu Medianews.az-a açıqlamasında Tacir Şahmalıoğlunun müğənni oğlu Şahmalı Taciroğlu deyib. Şahmalı bildirib ki, atasına qarşı sənət aləmində böyük haqsızlıqlar var: “Mənim atam sənətdəki haqsızlığı qəbul edib, götürə bilmir. Düşünürəm ki, layiqincə onu dəyəri verilsə daha çox yaradıcılıqla məşğul olar. Bəzi səbəblərə görə bir az küskündür. Onun kimi oxuyanlar 30 ildən çoxdur ki, “Xalq artisti” fəxri adını daşıyır. Sanki sənət üçün edə biləcəyi hər şeyi etmir. Çünki onun əlində elə imkanlar, elə güc var ki, o hər şey edə bilər. İnsanın, sənətkarın ruhunu öldürmək olmaz. İstədiyi, haqq etdiyi dəyəri vermək lazımdır sənətkara. Atam toy oxuyanı deyil, o sənətkardır. Yeni-yeni sənətə gələn müğənnilər xalq mahnıları oxumaq əvəzinə, bayağı ifalara üstünlük verirlər. Oxuyub yutubda paylaşdıqları mahnılar da yad ritmlərdən ibarət olan mahnılardır. Mən də, atam da efirə çıxdığımız zaman çalışırıq ki, xalq mahnılarından oxuyaq”. Sənətkarın oğlu Kənan Bayramovun və digər gənclərin “Bayatı-Şiraz” ifasını oxuması ilə bağlı sualı da cavablandırıb: “ “Bayatı-Şiraz” muğamının möhürü 1977-ci ildə atam tərəfindən vurulub. Möhürü vurulub ki, o “Qızıl Fond”-da qorunub saxlanılır. Bu səs toxunulmazdır. Bir möhür ikinci dəfə vurulmur. Əgər möhür vurulubsa, bir dəfə vurulur və tarixə düşür. Nadir əşya kimi qorunub saxlanılır. Bu düşüncə də, ideya da, fikir də atama aiddir. “Bayatı-Şiraz” muğamını oxumaq istəyib, oxuya bilərlər. Onun möhürünü ikinci dəfə vurmaq qeyri-mümkündür. Kənan Bayramov onu oxumaqla atamı yaşadır. Amma mən istərdim ki, gənclər eyni ifanı təkrar-təkrar yox, yeni tərzdə ifa etsinlər. Yeni bir nəfəs gətirsinlər. Bu atamın improvizəsidir. 7 muğamımız var, edə bilirlərsə bunların üstündə bir improvizə edib, yeni nəsə yaratsınlar”. Əli Əsgər Medianews.az

Bizə qoşulun