Mövzu ilə bağlı Medianews.az-a açıqlama verən bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, banklar xidmətlərə görə komissiya haqqının məbləğini müəyyənləşdirməkdə sərbəstdir, bu, onların öz səlahiyyətində olan məsələdir və hər hansı məhdudiyyət yoxdur.
Lakin ekspert qeyd edib ki, banklar komissiya haqlarını artıranda müştərini əvvəlcədən xəbərdar etməlidir: "Bank sahibkarlıq subyektidir və göstərdiyi xidmətlərin qiymətini özü müəyyən edir. Əgər müştəri bu qiymətlə razı deyilsə, həmin bankdan imtina edib başqa banka müraciət edə bilər".
Kreditin gecikdirilməsi halında isə bankların qanunla müəyyənləşdirilmiş çərçivəyə əməl etməsi vacibdir. Belə ki, illik cərimə faizi 5 faizdən çox olmamalı və bu cərimə maksimum 180 gün ərzində tətbiq edilməlidir.
Ə.Həsənov vurğulayıb ki, bankların müştəri kartından vəsait tutması yalnız müqavilədə açıq şəkildə yazıldığı halda mümkündür. Yəni vətəndaş əvvəlcədən bu şərtlə razılaşmalıdır:
“Aprelin 23-də Mərkəzi Bankın sədri Taleh Kazımovun iqtisadçı ekspertlərlə görüşü oldu. Sözügedən məsələ həmin görüşdə də qaldırıldı, narazılıqlar gündəmə gətirildi. Qeyd olundu ki, hazırda xeyli vətəndaş əməkhaqqı və pensiyasını yalnız bir neçə bank vasitəsilə almağa məcburdur, çünki onların bank seçmək hüququ məhdudlaşdırılıb. Rəsmən elan olunmuş vədə görə, yaxın gələcəkdə bu sahədə vəziyyət dəyişəcək, vətəndaşlara maaşını, təqaüdünü istədiyi bankdan almaq, hazırda asılı olduğu bankı dəyişib banklardan hər hansı birini seçmək imkanı olacaq”.
Oğuz Ayvaz,
Medianews.az
06.05.2025, 09:24
317 baxış
Azad
1 manat borc, 3 manat komissiya, bir də yekə bir bank! – Müştəri nəyi bilməli və nə etməlidir?
Son dövrlərdə bank xidmətləri üzrə haqq və komissiyalar kəskin artıb. Bu tendensiya Azərbaycan Beynəlxalq Bankında daha çox müşahidə olunur.
Əvvəl-əvvəl ödənişsiz xidmətlərlə cəlb edilən müştərilər sonradan yüksək məbləğli xidmət haqları ilə üzləşirlər ki, bu da haqlı narazılıqlara gətirib çıxarır.
Vergi sərəncamlarının icrasına görə 1 manatlıq borc üçün 3 manat xidmət haqqı tutulması isə heç bir məntiqə sığmır. Bunu iqtisadi, yaxud hüquqi baxımdan əsaslandırmaq mümkündürmü?
Vaxtında ödənilməyən kredit borclarına tətbiq edilən yüksək faizlər və əməkhaqqı kartlarından avtomatik tutulmalar da həm hüquqi, həm də sosial-iqtisadi cəhətdən ciddi müzakirə mövzusudur.
Bankların xidmət haqlarını artırması müştəri hüquqlarına zidd deyilmi? Kredit borclarına görə gecikmə faizləri hansı meyarlarla hesablanır? Əməkhaqqı kartından kredit borcunun tutulması hüquqi baxımdan nə dərəcədə düzgündür?

Paylaş: