01.05.2025, 15:22
235 baxış
Azad
Hindistan və Pakistan ordularının gücü - STATİSTİKA
Məlum olduğu kimi, Hindistanla Pakistan arasında gərginlik pik həddə çatıb, iki ölkənin müharibə ərəfəsində olduğu deyilir. Medianews.az saytı məsələnin aktuallığını nəzərə alaraq, Hindistan və Pakistan orduları haqda statistik məlumatları təqdim edir:
HİNDİSTAN
əhali – 1 milyard 442 min nəfər
hərbi büdcə – 86,1 milyard dollar
dünyanın ən güclü orduları reytinqində yeri – 4-cü yer
nüvə başlıqları – 180 ədəd
ballistik raketlərin qət edə biləcəyi məsafə - 5200 kilometr
qulluqda olan hərbçilər – 1 milyon 500 min nəfər
döyüş təyyarələri – 600-dən çox
döyüş helikopterləri - 900-ə yaxın
tanklar – 4200 ədəd
sualtı qayıqlar – 18 ədəd
freqatlar (sərbəst hərbi əməliyyat apara bilən kiçik döyüş gəmisi) – 14 ədəd
esmineslər (hərbi dəniz nəqliyyatının hücumlarından müdafiə olunmaq və müşahidə aparmaq üçün nəzərdə tutulmuş zirehli, sürətli hərbi gəmi) – 13 ədəd
aviadaşıyıcılar (təyyarələri dəstəkləmək, silahlandırmaq, yerləşdirmək və bərpa etmək üçün uzun uçuş göyərtəsi və anqar qurğuları ilə təchiz edilmiş, dəniz hava bazası kimi istifadə olunan hərbi gəmi) – 2 ədəd.
PAKİSTAN
əhali – 236 milyon nəfər
hərbi büdcə – 10,2 milyard dollar
dünyanın ən güclü orduları reytinqində yeri – 12-ci yer
nüvə başlıqları – 170 ədəd
ballistik raketlərin qət edə biləcəyi məsafə - 2800 kilometr
qulluqda olan hərbçilər - təxminən 650 min nəfər
döyüş təyyarələri – 400-dən çox
döyüş helikopterləri – 300-dən çox
tanklar – 2600 ədəd
sualtı qayıqlar – 8 ədəd
freqatlar - 9 ədəd
esmines - yoxdur
aviadaşıyıcı – yoxdur.
Nailə Qasımova,
Medianews.az
Paylaş: