Medianews.az
Səni deyirlər: <span style=color:red>Pezeşkianın şeir söyləməsi necə yozulur?
189 baxış

Səni deyirlər: Pezeşkianın şeir söyləməsi necə yozulur?

Dünən Bakıda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkianın Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bənd söyləməsi sosial şəbəkədə müzakirə olunan mövzulardan biridir. Medianews.az həmin müzakirələrdən bəzi fikirləri təqdim edir. Nizami Rəsulov: Mənim fikrimcə, Pezeşkianın Məhəmmədhüseyn Şəhriyarın vətən həsrəti mövzusunda yazdığı məşhur şeirindən “Bir görəydim ayrılığı kim saldı?” misrasını səsləndirməsi təsadüfi deyil. Şəhriyar bu misrada ayrılıqdan, bölünmədən, parçalanmadan doğan dərdi sorğulayır. Bu “ayrılıq” həm şəxsi, həm milli, həm də coğrafi bölünmələrə işarə edə bilər. Pezeşkian isə bu misranı səsləndirərək salondakı insanlara bir neçə mesaj verib: O, xalqlar arasında yaranmış ayrılıq və parçalanmanın ağrısını paylaşdığını göstərir. Xüsusən, Azərbaycan türklərinə yönəlik, “biz bir xalqıq, bizi ayıranlar oldu” kimi bir hissi vurğulayır. Eyni zamanda, birləşmə, dostluq, qardaşlıq çağırışı kimi də yozula bilər. Bu misra ilə Pezeşkian təkcə nostalji yaratmır, həm də gələcəkdə daha çox birliyə və yaxınlığa ümid etdiyini nümayiş etdirir. Salonda alqışlanması da göstərir ki, bu sözlər dinləyicilərin qəlbinə toxunub — çünki həmin bölünmüşlük hissi hələ də insanların içində yaşayır. Şahin Cəfərli: Prezident Pezeşkian Şəhriyarın məlum misralarını oxumaqla nə demək istəyir? Prezident Pezeşkian bu misraları oxumaqla şübhəsiz ki, öz dövlətinin rəsmi mövqeyinə zidd hərəkət etmir. İran dövləti Azərbaycan Respublikasına özünün itirilmiş tarixi ərazisi olaraq baxır. Bu ərazi, yəni şimali Azərbaycan Rusiya İmperiyası tərəfindən zor gücünə - müharibə yolu ilə Qacarlardan qoparılıb. Arazı təbii sərhəd kimi ruslar müəyyənləşdirib. Bu səbəbdən İran rəsmiləri (etnik mənsubiyyətindən asılı olmayaraq) ayrılıq mövzusunda dərdlənərkən və Şəhriyar poeziyasına müraciət edərkən səmimidirlər. Onlar Gülüstan və Türkmənçay müqavilələrini İran torpaqlarının itirilməsinə səbəb olan faciə kimi qəbul edirlər. Prezident Həsən Ruhani 2019-cu ildə inqilabın 40-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərkən aşağıdakları söyləmişdi: "Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar..." Yəni, İran dövləti, açıq söyləməsə də, əslində vahid Azərbaycanın tərəfdarıdır - əlbəttə ki, öz tərkibində. İran prezidentinin İran dövlətini parçalayaraq vahid, müstəqil Azərbaycan dövləti qurmaq istədiyinə inanmaq ağla və məntiqə zidd olardı. Sadəcə olaraq, rejim özünün və dövlətin gələcəyi baxımından ekzistensial təhdid gördüyü üçün etnik türk olan siyasətçini bu mərhələdə önə çıxarmaq zərurəti hiss etdi. Bu, daxili siyasətdə milli birliyə, xarici siyasətdə isə qonşu türk dövlətləri Türkiyə ilə Azərbaycanın İrana qarşı ABŞ-İsrail planlarında yer almasını əngəlləməyə yönəlmiş strateji düşüncənin məhsuludur. Nəticəsi nə olacaq, o ayrı məsələ... Aytəkin İmranova: İran qoymadı Pezeşkian Bakıda bir gün belə qala. Neçə həftə hazırlıq, nə qədər adam topladılar, planlar qurdular. Adı da oldu ki, İranda qəza baş verib. COP29-a gəlmək istəyirdi, gələ bilmədi... İndi də, mənə elə gəlir, bütün çəkisini ortalığa qoyub, zorla gəldi... ...Şəhriyar Bakı deyə-deyə getdi, gələ bilmədi. Pezeşkian, Allah ömür versin, birtəhər gəldi, həmən ipin geri çəkdilər. "Qısa vaxtda yenə gələcəm" deyir. Allah yolunu açıq etsin. İnsana acıdım. Özümüzə də acıdım. Hamı sevinirdi. O bədbəxtlər orda neçə gün adam seçirdilər bura gətirməyə. Eybi yox. Az qalıb. Heç bir millətin arzuları ürəyində qalmaz. Əgər çox istəsə, haqqı olanı edər.

Şahin Hacıyev:

İran Prezidentinin və bizim Prezidentin səmimi görüşləri çox gözəl və möhtəşəmdi. Kommentləri oxuduqca mən də düşüncələrimi bölmək istədim. İran Prezidenti əvvəl fars dilində ona görə danışdı ki, o, İran qanunları ilə Prezident seçilib və dövlət dilləri fars dilidi. Sonra Şəhriyardan möhtəşəm şeiri Təbriz ləhcəsində dedi. Şəhriyar elə bir şairdi ki, onu sevməyən çətin olsun. ...Hər iki Türk Prezident yaralı Aslandılar! Ana Vətənin pay-püşk olunması onları üzür... Medianews.az https://medianews.az/2025/04/28/pezeskian-bakida-azerbaycan-dilinde-seir-dedi-video

Bizə qoşulun