28.04.2025, 14:57
210 baxış
Azad
Bahəddin Həzi - 60
Bu gün Azərbaycanın tanınmış jurnalisti, “Bizim yol” qəzetinin, Bizimyol.info xəbər portalının baş redaktoru Bahəddin Həzinin 60 yaşı tamam olur.
Bahəddin Həzi 1965-ci il aprelin 28-də Füzulinin Seyidəhmədli kəndində doğulub. Bakı Dövlət Universitetini bitirib, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində, “Xazar” jurnalında, “Turan” informasiya agentliyində, “Azadlıq”, “Çağ”, “Avrasiya” və “Ekspress” qəzetlərində, “Azadlıq” radiosunda işləyib.
2010-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülüb.
Medianews.az saytı Bahəddin Həzini yubileyi münasibətilə təbrik edir.
Paylaş: