Medianews.az
Samuxda ağır yol qəzası - <span style=color:red>FOTO
126 baxış

Samuxda ağır yol qəzası - FOTO

Samuxda iki avtomobil toqquşub, ən azı altı nəfər xəsarət alıb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Samux avtomobil yolunun Samux rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yol qəzası nəticəsində Daşkəsən rayon sakini, 1972-ci il təvəllüdlü Tahir Sadıqov, Samux rayon sakini, 1989-cu il təvəllüdlü Rəşad Əliyev, 1961-ci il təvəllüdlü C.Əliyev, 1990-cı il təvəllüdlü G.Əliyeva, 2015-ci il təvəllüdlü N.Əliyev xəsarət alıblar. Onların vəziyyətləri kafi qiymətləndirilir. Zərərçəkənlər Samux Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun