27.04.2025, 15:00
115 baxış
Azad
Avtomobili izdihamın üstünə sürdü, 9 nəfər öldü
Kanadanın Vankuver şəhərində festivalda avtomobil izdihamın üzərinə sürülüb, ölən və yaralananlar var.
Vankuver polisi Filippin Lapu-Lapu festivalında yolsuzluq avtomobilinin izdihamın üzərinə sürülməsi nəticəsində 9 nəfərin öldüyünü təsdiqləyib.
“Axşam saat 20:00 radələrində (Bakı vaxtı ilə saat 7:00) avtomobili küçə festivalında izdihamın üzərinə sürən sürücü saxlanılıb”, – deyə polisin məlumatında bildirilir.
Faktla bağlı araşdırma aparılır. /Report