Medianews.az
Əvəz Zeynallı <span style=color:red>azadlıqda
314 baxış

Əvəz Zeynallı azadlıqda

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallı azadlığa buraxılıb. Medianews.az xəbər verir ki, qərar aprelin 25-i Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə çıxarılıb. Ə.Zeynallının və müdafiəçilərinin vəsatəti təmin edilib, jurnalist xəstəliyi ilə əlaqədar həbs cəzasından azad edilib. Jurnalist özü prosesdə iştirak etməyib, həbsxanadan onlayn qoşulub. Ə.Zeynallı 2022-ci il sentyabrın 10-dan həbsdə idi. Bakı Ağır Cinayətlər Məhkəməsi onu rüşvət almada, vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmədə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum etmişdi, daha sonra cəzası iki ay azaldılmışdı. 2025-ci ilin martında Ə.Zeynallıda xərçəng xəstəliyi aşkarlanıb. Bağırsağında olan bədxassəli şişin artıq metastaz verdiyi, qara ciyərə yayıldığı bildirilir. Bunu nəzərə alaraq bir qrup hüquq müdafiəçisi və media nümayəndəsi Ə.Zeynallının azadlığa buraxılması üçün Prezident İlham Əliyevə müraciət edib. Eyni zamanda vəkillər Fəxrəddin Mehdiyev və Rəşad Əliyev Ə.Zeynallının xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi məqsədilə məhkəməyə üz tutublar. Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər. “Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin siyahısı”na bütün bədxassəli şişlər daxildir. Toğrul Əli, Medianews.az [gallery link="file" columns="1" size="full" ids="817780,817779,817778,817777,817776"]

Bizə qoşulun