Medianews.az
Çin ABŞ-ın maye qaz bazarını <span style=color:red>iflic edə bilər
108 baxış

Çin ABŞ-ın maye qaz bazarını iflic edə bilər

Çinin dövlət və özəl şirkətləri Amerikanın mayeləşdirilmiş təbii qazından tamamilə xilas olmaq qərarına gəlib. Medianews.az xəbər verir ki, artıq ikinci aydır ABŞ-dan Çinə birbaşa çatdırılma yoxdur, çünki Çin tərəfi qaz daşıyan tankerlərinin hamısını geri qaytarıb. Bu barədə yerli, həmçinin də xarici mediada dərc edilən materialları, bəzi ekspertlərin fikirlərini ümumilikdə analiz edən nüfuzlu "Financial Times" nəşri yazır ki, artıq vaxt yetişib və Çin şirkətləri təkcə xammaldan deyil, həm də yanacaq müqavilələrindən qurtulur. "Financial Times" yazır ki, ABŞ ilə rəqabətdən çəkinməyən çinlilər hazırkı ticarət müharibəsində daha irəlidədirlər. Nəşrin yazdığına görə, Çin dövləti indiyə qədər etmədiyini tamamilə tarixi reallığa çevirir. Çin faktiki olaraq bütün mayeləşdirilmiş yanacağı, onunla əlaqəli hər şeyi, hətta ən böyük, qazanclı müqavilələri belə ABŞ-a geri qaytarmaq üçün hərəkətə keçib. "Financial Times" nəşrinə danışan mütəxəssislərin fikrincə, enerji qarşıdurması təhlükəli, həm də nəhəng coğrafi ərazini əhatə edə, qlobal müstəviyə çıxa bilər. Üstəlik, bu rəqabət müəyyən qədər Çin ilə Rusiya arasında enerji əlaqələrinin güclənməsinə səbəb olacaq. Nəşr xatırladır ki, bir vaxtlar Çinin böyük şirkətləri, o cümlədən də "PetroChina" və "Sinopec" kimi nəhənglər ABŞ-ın körfəz terminallarından təbii qaz almaq üçün uzunmüddətli, 13 illik müqavilə imzalamışdı. Məşhur analitik Cillian Bokkara bildirib ki, artıq savaş qızışıb və iki ölkə arasında ticarətin qısa müddətdə bərpa ediləcəyi görünmür. "Financial Times" yazır ki, ABŞ-ın Çinə tətbiq etdiyi rüsumlar faktiki embarqoya çevrilib. Ona görə ticarət axınlarının yenidən bölüşdürüləcəyi gözlənilir. Medianews.az  

Bizə qoşulun