Medianews.az
Bu gün futbol üzrə Azərbaycan Kubokunda <span style=color:red>finalçılar müəyyənləşəcək
186 baxış

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək

Futbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək. Oxu.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 17:00-da start götürəcək. İlk matçda Naxçıvan təmsilçisi qalib gəlib - 1:0. Digər görüşdə isə "Neftçi" "Sabah"ın qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq. "Ağ-qaralar" daha əvvəl evdə 1:2 hesabı ilə uduzub. Azərbaycan Kuboku Yarımfinal, cavab oyunları 23 aprel 17:00. "Qarabağ" - "Araz-Naxçıvan" Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev. VAR: Kamal Umudlu. AVAR: Rauf Cabarov. Hakim-inspektor: Vüsal Əliyev. AFFA nümayəndəsi: Elgiz Abbasov. Tofiq Bəhramov adına Respublika stadionu İlk oyun - 0:1. 20:00. "Sabah" - "Neftçi" Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev. VAR: Nicat İsmayıllı. AVAR: Tural Qurbanov. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Seymur Səlimli. "Bank Respublika Arena" İlk oyun - 2:1. Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Bizə qoşulun