21.04.2025, 10:07
247 baxış
Lamiyə
Borc üstündə dava qanla bitdi – Gənc oğlan öldü
Türkiyədə borc üstündə iki qohum arasında baş verən mübahisə qanla bitib.
Medianews.az xəbər verir ki, hadisə Manisanın Salihli rayonunda baş verib.
AC və qohumu Bahri Curacı bufetdə görüşüblər. İkili arasında borc məsələsi ilə bağlı olduğu deyilən mübahisə qısa zamanda davaya çevrilib.
AC əlindəki silahla Bahri Curacıya dəfələrlə atəş açıb. Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım alan ağır yaralı gənc təcili yardımla xəstəxanaya aparılıb. Lakin bütün müdaxilələrə baxmayaraq onu xilas etmək mümkün olmayıb.
Polis qrupları cinayətin ardından qaçan AC-nin tutulması üçün geniş diametrli əməliyyat başladıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Medianews.az