Medianews.az
Azərbaycana gələn turistlərin sayı <span style=color:red>niyə azalıb?
172 baxış

Azərbaycana gələn turistlərin sayı niyə azalıb?

Bu ilin ilk rübündə Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.1 faiz azalaraq 508 min nəfər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 4 dəfə, Tacikistandan 2 dəfə, Çindən 1,8 dəfə, İordaniyadan 1,6 dəfə, İspaniyadan 1,6 dəfə, Hindistandan 47,6 faiz, Qırğızıstandan 32,6 faiz, Yaponiyadan 26,5 faiz, Misirdən 25 faiz, ABŞ-dan 17,3 faiz, Kanadadan 15,2 faiz, Niderlanddan 12,2 faiz, Pakistandan 11,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 7,8 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz, MDB dövlətlərindən gələnlərin sayı 10,7 faiz azalıb. Məsələni Medianews.az-a şərh edən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, göründüyü kimi, üç əsas istiqamət üzrə ölkəmizə gələn turistlərin sayında azalma qeydə alınıb: “Azərbaycana səfərlərdə əsas regionlardan sayılan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə bu ilin ilk rübünü gəlmə turizm hesabatı azalma ilə başa vurub. Bu ilin birinci rübündə gələnlərin 24,7 faizi Rusiya, 18,3 faizi Türkiyə, 10,8 faizi Hindistan, 9,8 faizi İran, 5 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 2,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Özbəkistan, 1,7 faizi Çin, hər birindən 1,5 faiz olmaqla Türkmənistan, Ukrayna və İsrail, 1,2 faizi Küveyt, 1 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olub. Son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun