Sevgilisindən ayrılan Nəsrin İspaniyada istirahət edir - FOTO
Sevgilisi Pamir Pekindən ayrılan aktrisa Nəsrin Cavadzadə istirahətə yollanıb.
BAKU.WS xəbər verir ki, o dincəlmək üçün İspaniyaya üz tutub. Turizm bölgəsi olan İbizada istirahət edən aktrisa bu barədə sosial şəbəkə hesabında bildirib.
O oteldə hovuz kənarında çəkilən fotolarını sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, Nəsrin son zamanlar daha çox şəxsi həyatı ilə gündəmə gəlirdi. O iki aydır eşq yaşadığı Pamir Pekindən bir neçə gün əvvəl ayrılıb.