Medianews.az
İtlərin adamı tutduğunu görüb<span style=color:red> ÖLDÜ – VİDEO
247 baxış

İtlərin adamı tutduğunu görüb ÖLDÜ – VİDEO

Rusiyanın Perm vilayətində iki it sahibinin məsuliyyətsizliyi faciəyə səbəb olub. Medianews.az xəbər verir ki, itlərin bir insanı dişlədiyini görən kişi infarktdan dünyasını dəyişib. Məlumata görə itlərin sahibi onları hasara çox möhkəm bağlanmamış vəziyyətdə, nəzarətsiz qoyub. Nəticədə itlər yerindən qoparaq yoldan keçənlərə hücum ediblər. Onlardan birinin qaça bilməyib və itlərin hücumuna məruz qalıb. Heyvanlar yalnız yanğınsöndürən balonun köməyi ilə uzaqlaşdırılıb. Qollarının və bədəninin digər nahiyələrinin kəsilmiş-deşilmiş xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, faciənin qurbanı keçid məntəqəsinin mühafizəçisi olub. Olanları görən kişi infarct keçirərək ölüb. Heyvanların sahibi hadisənin bütün halları aydınlaşana qədər Rusiya Milli Qvardiyası tərəfindən saxlanılıb. Medianews.az

Bizə qoşulun