16.04.2025, 11:50
193 baxış
Azad
Naxçıvanda orta maaş nə qədərdir? – Rəqəmlər
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi bölgənin makroiqtisadi göstəricilərini açıqlayıb.
Medianews.az hesabata istinadla bildirir ki, yanvar-mart aylarında ümumi daxili məhsul istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb.
Sənayedə 9,2 faiz tənəzzül, sərməyə qoyuluşunda 42,3 faiz, kənd təsərrüfatında 0,7 faiz, yük daşınmasında 1,1 faiz, sərnişin daşınmasında 1 faiz, informasiya və rabitə xidmətlərinin dəyərində 11,9 faiz, pərakəndə ticarət dövriyyəsində 2,7 faiz, əhalinin banklardakı əmanətlərinin məbləğində 53,6 faiz, xarici ticarət dövriyyəsində 10,2 faiz, ödənişli xidmətlərin dəyərində 9,6 faiz artımın qeydə alındığı vurğulanır.
Qeyd olunur ki, martın 1-nə muxtar respublikada orta aylıq nominal əməkhaqqı 774,5 manata çatıb.
Medianews.az
Paylaş: