Medianews.az
İlan qadının yarısını<span style=color:red> UDDU
270 baxış

İlan qadının yarısını UDDU

Yeddi metrlik piton 55 yaşlı qadını yarı udub. Medianews.az xəbər verir ki, hadisə İndoneziyada, qadın tərəvəz yığdığı zaman baş verib. Qurbanın oğlu və qohumları onun axtarmağa başlayıblar. Qadın, başı ilanın ağzında olduğu vəziyyətdə tapılıb. O artıq ölmüşdü. İndoneziya dünyanın ən böyük ilanları hesab edilən torlu pitonların vətənidir. Onların uzunluğu yeddi metrdən çox ola bilər. İlanlar pusqudan hücuma keçir, ovlarının ətrafında qıvrılır və nəfəsi dayanana qədər onu sıxır və sonra bütövlükdə udur. Medianews.az

Bizə qoşulun